top of page
landmarks-modern-city.jpg
1Q4A9915_edited.png

BİZ TİMELAPSE VİDEOLARININ ÇƏKİLİŞİNİ HƏYATA KEÇİRMƏKDƏ SİZƏ KÖMƏK EDİRİK

“Timelapse”-  proseslərin   “sürətləndirilmiş”  video və fotosunun peşəkar çəkilişini təmin edən sistemdir

Anchor 1
ABOUT

Haqqımızda

Artıq beş ildir ki, “Timelapse Baku” şirkəti inşaat sahələri üçün bulud monitorinqi və onun tətbiqi sistemləri sahəsində uğurlu fəaliyyətini  davam etdirir, eyni zamanda sahib olduğumuz yüksək texnologiya sayəsində keyfiyyətli sürətləndirilmiş film çəkilişlərini – "Time lapse" həyata keçiririk. Komandamız tərəfindən avadanlıqların quraşdırılmasından tutmuş hazır filminin hazırlanmasına qədər, bütün mərhələləri tam əhatə edən bir iş təqdim edilir.

timelapse system with canon camera.jpg

TİMELAPSE NECƏ İŞLƏYİR

Timepalse Texnologiyası

1. Kamera avtomatik olaraq müəyyən bir tezlikdə şəkillərin çəkilməsini təmin edir.

2. Şəkillər dərhal məlumat mərkəzinə ötürülür.

3. İstənilən çəkiliş gününə aid fotoşəkilləri şəxsi hesabınızdan izləyə bilərsiniz.

4. Çəkiliş başa çatdıqdan sonra, son video şəkillərdən hazırlanır

Proseslərin  müəyyən aralıqlı  kadrlarının foto şəkilləri çəkilərək  nəticə etibariylə uzunmüddətli ard-arda davam edən bu prosesləri sürətləndirilmiş video formatda birləşdirməyə imkan verən bir texnologiyadır. Adi video çəkilişdən fərqli olaraq, timelapse texnologiyası sayəsində uzunmüddətli hadisələrdə baş verən dəyişiklikləri bir neçə dəqiqə ərzində göstərmək mümkün olur.

tbox Titan X timelapse camera_edited_edited_edited.jpg

Uzunmüddətli 
Timelapse

Ümumilikdə Şirkətimiz tərəfindən bir ay, bir il və ya bir neçə il ərzində davam edən prosesin foto çəkilişini həyata keçirmək üçün elektrik kəsintilərinə, temperatur və iqlim dəyişikliklərinə davamlı dayanıqlı avadanlıqların istifadəsi təmin olunur. Müstəqil rejimdə işləyə bilən bu avadanlıqlar sayəsində yüksək görüntü keyfiyyətinə və foto materialların sabit ötürülməsinə nail olmaq mümkundür. Şirkət tərəfindən hazırlanan proqram və aparat təminatı adi çəkilişlərdən fərqli olaraq uzun müddətli və nisbətən daha uzun zaman tələb edən proseslərin çəkilişlərinin həyata keçirilməsindəki bütün problemləri tamamilə aradan qaldırır.

_MCL0157.jpg

İndi Azərbaycanda uzun müddətli Timelapse çəkilişləri mümkündü

Tətbiq sahəsi

Timelapse Texnologiyasından ( sürətləndirilmiş çəkiliş)  inşaat, istehsal, elm, incəsənət, turizm, kütləvi mədəni və idman tədbirləri zamanı və s. kimi  fəaliyyət sahələrindəki proseslərin çəkilişində istifadə olunur. Eyni zamanda yaşayış binalarının, infrastruktur obyektlərinin tikintisi, gəmilərin, təyyarələrin hazırlanması, buzlaqların hərəkəti, arxeoloji qazıntı prosesləri zamanı və bir çox digər uzun müddət tələb edən proseslər zamanı timelapse texnologiyasından istifadə olunmaqla hadisələrin sürətli görüntüsünü əldə etmək olar. Timelapse-Sürətləndirilmiş çəkiliş sayəsində bir neçə dəqiqə və ya bir neçə il davam edən proses və ya hadisədə hər hansı bir dəyişiklik və dinamika dəqiq olaraq mükəmməl şəkildə çatdırılır.

SERVICES

XİDMƏTLƏR

Timelapse çəkiliş planı

Tələblərinizi bizə bildirin və birlikdə layihənizi tamamlamaq üçün hərtərəfli bir plan hazırlayaq.

 

Ən ideal planın hazırlanmasından çoxformatlı kadrların çəkiləsi üçün kameranın yerləşdirilməsinə qədər olan herşəy üçün bizə müraciət edə bilərsiz.

 

Başlamaq üçün bizimlə əlaqə saxlayın!

1Q4A1787.JPG

Təhcizadlar

Bütün təchizatın, struktur və dayaqların quraşdırılması bizim tərəfimizdən təşkil olunur. Bütün çəkiliş müddəti ərzində video kameraların və texniki avadanlıqların vəziyyətini nəzarətdə saxlanılır. Sistemimiz bütün təhlükəsizlik standartlarına cavab verir. Çəkilişin bütün mərhələlərində avadanlıqların işinə tam zəmanət veririk.

computer view.jpg

Veb-xidmət

"Timelapse Baku" şirkəti həm kamera işləyərkən, həm də iş tamamlandıqdan sonra bütün fotoşəkillərin arxivdən əldə olunması üçün rahat bir interfeys təqdim edir. Sistemə giriş istifadəçinin kompüteri, planşeti və ya smartfonu vasitəsilə mümkündür.

Screen Shot 2021-08-09 at 02.14.51.png

Hazır film

Hazır filmi veb saytınıza daxil etmək istəsəniz rəqəmsal şəkildə yerləşdirmə kodu ilə birlikdə istənilən formatda sizə təqdim olunur.

2017

Yaranma ili

32

Tamamlanan layihələr

PROJECTS

LAHİYƏLƏR

MÜŞDƏRİLƏR

CONTACT

ƏLAQƏ

Sorğu üçün

Zəhmət olmasa, əlaqə saxlamaq üçün telefon nömrənizi forma əlavə edin.

Baş Ofis

Bakı şəh. Qəsr küç. 15,

Azərbaycan

 

info@fuadguliyev.com

Tel: +994 55 261-10-51

Əlaqə

Təşəkkürlər

bottom of page